Bakıda sərnişin avtobusu yanıb – HADİSƏ ANI

Bakının Nərimanov rayonunda avtobus yanıb.

APA TV xəbər verir ki, hadisə Təbriz küçəsi 98 ünvanında baş verib.

"Karsan" markalı avtobusun mühərrik hissəsi qəfil alışıb. Avtobus sonuncu dayanacaqda olduğu üçün içərisində sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv