Bakıda sərnişin maska taxmağı tələb edən sürücünü vurdu
"Avtobusdan istifadə edən hər bir sərnişin müəyyən olunan qaydalara və sürücünün tövsiyələrinə əməl etməlidir. Mövcud pandemiya şəraitində isə bu olduqca vacibdir".
Bakı Nəqliyyat Agentliyindən APA TV-yə verilən məlumata görə, 13 nömrəli marşrut xətti üzrə avtobusun sürücüsü sərnişinə qoruyucu tibbi maskadan düzgün istifadə etməyi tövsiyə edib. Sərnişin buna əməl etmədiyindən sürücü də avtobusu sürməyəcəyini bildirib. Sonda sərnişin sürücüyə qarşı güc tətbiq edərək onu vurub.
Sərnişinin şəxsiyyətinin müəyyən edilərək törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət olunub.