Bakıda silah satan Nardaran sakini yaxalandı
Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü Sabunuçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev tutulub.
Onun üzərinə baxış zamanı bir ədəd “Rovolver” (Naqan) markalı atəşə yararlı tapança, 6 ədəd həmin silaha məxsus patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxs silah-sursatın ona “baba yadigarı” olduğunu bildirməklə, polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.