Bakıda Şimali Kipr Türk Respublikasının mədəniyyət və tanıtım günləri sərgisi başlayıb
Bakıda keçirilən Şimali Kipr Türk Respublikasının mədəniyyət və tanıtım günləri çərçivəsində sərgi təşkil olunub. Sərgidə Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, millət vəkilləri və iş adamları iştirak edib. Sərgi ilə tanış olan Ersin Tatar bildirib ki, Şimali Kipr və Azərbaycan arasında əlaqələr qarşılıqlı sevgi və hörmətə əsaslanır. O əlavə edib ki, bu əlaqələrin daha da güclənəcəyindən əmindir. Sərgidə inşaat, mətbəx, otelçilik və digər sahələrlə bağlı stendlər nümayiş etdirilib. Şirkətlərin təmsilçiləri öz məhsulları barəsində sərgiyə gələnləri məlumatlandırıblar. Tədbirdə Şimali Kipr Türk Respublikasından gəlmiş rəqqaslar da milli rəqslərlə çıxış ediblər.
ORXAN ASLAN
VÜSAL BAYRAMOV
APA TV