Bakıda son oyun: Danimarka, yoxsa Çexiya? - SORĞU

AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulur.

APA TV-nin məlumatına görə, bu gün raundun daha iki oyunu keçiriləcək.

Dünən keçirilən oyunlarda qalib gələn İspaniya və İtaliya milliləri yarımfinalda üz-üzə gələcək. Bu gün isə ölkəmizdə Avropa çempionatının 1/4 final oyunun sonuncu oyunu baş tutacaq.

Bakı Olimpiya Stadionu AVRO-2020 oyunlarından biri olan 1/4 final oyununa ev sahibliyi edəcək. Bu görüşdə Danimarka və Çexiya milliləri üz-üzə gələcək. Bakı vaxtı ilə saat 20.00-da keçiriləcək oyuna böyük maraq var. Bəs azarkeşlərin proqnozları necədir?

- Mən Danimarkanın qalib olmasını arzu edirəm. Fikrimcə, oyun 3:0 hesabı ilə bitəcək. Danimarkaya uğurlar. Danimarka bütün dövrlərin ən yaxşı və favori komandasıdır. Millidə oyunçular çox güclüdür, çox güman ki, Damsgaard bu gün qol vuracaq.

- Məncə, Danimarka 2-0 hesabı ilə qələbə çalacaq.

- Əlbəttə ki, Danimarka qalib gələcək. Bu oyun çox asan olacaq bizim üçün.

- Danimarkanın qalib gəlməsini arzu edirəm. 2:1 hesabı ilə Danimarka qalib gələcək. Danimarka millisində favori oyunçunuz kimdir? Bütün komandanı çox sevirəm, hamısı mənim üçün güclü oyunçudur.

- Mən Rusiya azarkeşiyəm. Amma gözəl futbol izləmək üçün gəlmişəm. Çexiyanın qalib gəlməsini arzu edirəm.


Xatırladaq ki, AVRO 2020-nin yarımfinal mərhələsi 6-7 iyulda, final isə 11 iyul tarixində Londonda baş tutacaq.

 

Biz də hər iki komandaya uğurlar arzu edirik.

 

Semral Cavad,

Xəqani Hüseynov,

APA TV


 

Müəllif | Apa.Tv
Apa.tv