Bakıda soyğunçuluq edən şəxslər tutuldu

Yasamalda soyğunçuluq edən şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Ramiq Əzimov və Təbib Əliyev yaxalanıb.

 

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefon istəyiblər. Daha sonra zərərçəkənin dəyəri 410 manat olan “Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

 

Saxlanılan şəxslər etdikləri cinayəti etiraf ediblər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv