Bakıda su basan ərazidə SON VƏZİYYƏT: FHN hadisə yerində
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Nazirlikdən APA TV-yə verilən məlumata görə, FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.