Bakıda sürücü avtomobilini yol kənarındakı maşınlara çırpdı – APA TV

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində zəncirvari qəza baş verib. “BMW X5” markalı nəqliyyat vasitəsi qarşı tərəfdən gələn digər eyni markalı maşına çırpılıb. Zərbənin gücündən “BMW X5” dövrə vuraraq, yol kənarında hərəkətsiz dayanan iki “Toyota” markalı avtomobilə, daha sonra beton plitəyə dəyib və dayanıb.

Qəza zamanı maşının sürücüsü xəsarət alıb. Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv