Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs tutuldu

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Asif Əliyev oktyabrın 18-də “Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Məmmədov saxlanılıb.

 

Onun həmin gün saat 10 radələrində Cəfər Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə 5 nəfəri aldadıb mobil telefonlarını alması, 2  avtomobildən isə mobil telefon oğurlaması da müəyyən edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv