Bakıda tələbənin meyiti tapıldı - ÖLÜM SƏBƏBİ
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Mexanika fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Nurlan Akif oğlu Dadaşov kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Universitetdən faktı təsdiqləyiblər.
Qeyd edək ki, N. Dadaşov 4-cü kurs tələbəsi olub.