Bakıda təmiz hava axtarırsınızsa...- “Dənizkənarı yerlər, məsələn...” – APA TV
Əksəriyyətimiz günün çoxunu ev, iş yerləri, qapalı məkanlarda keçiririk. Ürəyimiz sıxılanda isə ”Çıx bir təmiz hava al ,özünə gəl“ deyilir. Bəs paytaxtda kifayət qədər təmiz hava varmı? Bakının bəzi ərazilərində havanın keyfiyyəti olduqca aşağıdır. Həmin ərazilər hansılardır? Bu qədər çirklənməsinə səbəb nədir?
Bəs həmin ərazilərdə yaşayan insanlar çirkli hava udmaqdan beziblərsə, təmiz hava qəbulu üçün hansı ərazilərə üz tutmalıdırlar?
Ekologiya və Təbii sərvətlər nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov bildiriB ki, paytaxtın bəzi rayonlarında havanın keyfiyyəti avtomotik stansiyalar, bəzi əraziləri isə səyyar labaratoriyalar vasitəsi ilə ölçülür.
Müsahibələrdən də belə qənaətə gəlmək olar ki, təbiəti, havanı çirkləndirən, əsasən insan faktorudur. Təmiz havanı ciyərlərimizə çəkmək isəyiriksə, tikinti şirkətlərinin sahiblərindən tutmuş avtomobil sürücüsünə qədər hər birimiz məsulliyyətli davranmalıyıq.
Çünki heç bir rəsm əsəri hər gün gördüyümüz təbiət tablosu qədər gözəl, əsrarəngiz ola bilməz. Yetər ki, bu peyzajı qaralamayaq.