Bakıda toqquşan avtomobillərdən biri aşıb – XƏSARƏT ALAN VAR

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv xəbər verir ki, hadisə 4-cü mikrorayon dairəsində qeydə alınıb.

“Lada Granta” markalı avtomobilin sürücüsü dairədə idarəetməni itirərək “Khazar” markalı nəqliyyat vasitəsinə çırpılıb. 

Nəticədə “Lada” aşıb. Qəza zamanı “Lada”-nın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv