Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edildi

Bakıda Türkiyə vətəndaşının evindən oğurluq edilib.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonunun Goradil qəsəbəsində qeydə alınıb.

 

Naməlum şəxs Türkiyə vətəndaşı Pariakkılıç Baxtiyar Tefik oğlunun bağ evindən dəyəri 2370 manat olan tikinti materiallarını və usta alətlərini oğurlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv