Bakıda tüstü bacalarında robotlar gəzir

Təhlükəsizlik qaydalarına görə tüstü bacaları vaxtı vaxtında, ildə 2 dəfədən az olmayaraq mütləq təmizlənməlidir. Ancaq heç də hər kəs bu qaydalara riayət etmir. Bir çox hallarda tüstü bacaları təmizlənmir. Qaz Təchizatı Haqqında Qanuna əsasən, tüstü bacaları ilə bağlı nöqsanların aşkar edilməsi məqsədilə müayinə “Azəriqaz” İB tərəfindən həyata keçirilir. Qurum həm mənzillərdə, həm də digər obyektlərdə müayinə işləri aparır. Tüstü bacası ilə bağlı tələblərin pozulmasına görə yerində akt tərtib olunur. Abonent həmin aktda göstərilən nöqsanların aradan qaldırılması üçün sahə üzrə ixtisaslaşmış təşkilatlara müraciət etməlidir. "ZN SERVICE" şirkəti artıq 10 ildən çoxdur ki, bacaların, havalandırma sistemlərinin təmizlənməsi sahəsində fəaliyyət göstərir. Şirkət peşəkar təmizləmə xidmətlərini həyata keçirir. Təmizlik zamanı qida üzrə uyğunluq sertifikatlı maddələrdən və ən son model texnikadan istifadə olunur. Tüstü bacasının təmizliyi qədər aspiratorun da təmizliyi vacibdir. Təmizliyi sistemli şəkildə aparılmayan aspiratorların üstündəki yağlar asanlıqla yana bilər. "ZN SERVICE" şirkəti elektrostatik filtrlərin qutaşdırılmasını da həyata keçirir. Həmin cihazlar bacadan çıxan tüstünün qarşısını alır. Bu da ekoloji cəhətdən çox əhəmiyyətlidir. Görülən işə zəmanət verilir. Baş verəcək hər hansı bir zərərin qarşılamasını da təmin olunur.

ORXAN ASLAN ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv