Bakida üç avtomobil qəzaya uğrayıb
Bakının Binəqədi rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Hadisə Cəfər Xəndan küçəsində qeydə alınıb. Yolun əks istiqaməti ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sütücüsü əvvəlcə nəqliyyat vasitəsini “OPEL” daha sonra “Toyota” markalı minik maşınınıa çırpıb. Zərbənin təsirindən “Hyundai” yol kənarındakı işıq dirəyinə dəyərək dayanıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Qəzanın baş verdiyi əraziyə dövlət yol polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Yolda hərəkətin sıxlığının qarşısının alınması məqsədilə avtomobillər ərazidən evakuasiya edilib. Faktla bağlı araşdırma aparılır.