Bakıda üç avtomobil toqquşdu, 3 nəfər öldü

Bakıda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin  məlumatına görə, hadisə Xocasən qəsəbəsi ərazisində qeydə alınıb.

“BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillərin toqquşması nəticəsində maşınlardan ikisi yolun yaxınlığındakı bataqlığa düşüb.

Qəza zamanı “Daewoo”da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Quliyeva, “Fiat”da olan, 1995-ci il təvəllüdlü Hikmət Lətifov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər hadisə yerində dünyasını dəyişib. Bir kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Qəza nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Əraziyə cəlb olunan Qaradağ rayon yol polisi bölməsinin əməkdaşlarının səyi nəticəsində hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv