Bakıda zəncirvari qəza - YOL BAĞLANDI  

Bakıda zəncirvarı avtoqəza baş verib.


APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Azadlıq prospekti ilə hərəkətdə olan “Chevrolet” markalı avtomobil idarəetmədən çıxıb və İlkin Vəliyevə məxsus 10-VL-500 dövlət nömrə nişanlı BMW-yə, daha sonra Ruslan Şahmuradovun idarə etdiyi 90-NC-660 dövlət qeydiyyatlı "Hyundai" markalı nəqliyyat vasitələrinə çırpılıb.

"Chevrolet"də olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yol infrastrukturuna da ziyan dəyib və sıxlıq yaranıb.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv