Bakıda Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günü qeyd olunub

Bakıda Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günü qeyd olunub.

 

APA TV xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynanın Müstəqilliyinin 29-cu ildönümü ilə bağlı çıxış edib.

 

Bildirib ki, dövlət bayrağının sarı-mavi rəngləri ukraynalılar üçün hər zaman harmoniya və sülh rəmzi olub. Lakin, bu həm də xalqımızın azadlıq, qəhrəmanlıq və hərbi qələbəsinin bayrağıdır.

 

Səfiri həmçinin qeyd edib ki, builki bayram təkcə dəyişikliklər şəraitində deyil, həm də ölkəmizin qarşısında duran yeni imkanlar şəraitində qeyd edilir.


”Ağır sınaqlara və pandemiya ilə əlaqədar olaraq Ukraynada və bütün dünyada yaşanan məhdudiyyətlərə baxmayaraq, hər daim xüsusi dəyərə malik olan xoş hadisələr də baş verib. Şübhəsiz ki, ukraynalılar üçün bu cür hadisə Ukraynanın Müstəqillik Gününün qeyd olunmasıdır. Bu, hər birimiz üçün simvolik bayramdır, çünki o qəhrəman əcdadlarımızın bir çox nəsillərin azadlıq və müstəqilliyə olan eşqini təcəssüm edir. Biz ukraynalılar heç zaman ruhdan düşmürük. Möhkəm və güclüyük, yüzillər ərzində torpaqlarımızı qorumuşuq və indi də azadlığımızı, ərazi bütövlüyümüzü müdafiə etməyə davam edirik. Bu gün ukraynalılar heç zaman olmadığı qədər birləşib. Biz Avropa və Avro-atlantik inteqrasiya yönündə qətiyyətlə irəliləyirik", - deyə səfir bildirib.

Müəllif | Apa.Tv
Apa.tv