Bakıda üzərində silah gəzdirən keçmiş məhkum tutuldu
Paytaxtın Sabunçu rayonunda silah-sursat gəzdirən şəxs saxlanılıb. DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində keçmiş məhkum, Elxan Vahabov tutulub. Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq, eləcə də 1 ədəd “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib. Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.