Bakıda uzun müddətdir heroin satdıran şəxs tutuldu - XÜSUSİ ƏMƏLİYYATLA

Cəlilabad polisi rayon ərazisində Masallı sakinini saxlayıb.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, Muğan kəndində keçirilən əməliyyatla narkotik alverində şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş İntiqam Hüseynov yaxalanıb.

Onun idarə etdiyi “VAZ 21 015” markalı avtomobildən 2 bağlamada 2 kq 630 qram heroin götürülüb.

 

İntiqam Hüseynov heroini Mehdi kimi tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. O, əvvəllər də dəfələrlə həmin şəxsdən narkotik vasitələr alaraq Bakıda satdığını etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.

Müəllif | Apa.Tv
Apa.tv