Bakıda və rayonlarda hava necə olacaq? - PROQNOZ AÇIQLANDI

Sentyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv