Bakıda vəkil özünü yandıraraq öldürdü – APA TV

Bakıda vəkil özünü yandıraraq öldürüb. Hadisə Vəkillər Kollegiyasının inzibati binasının yanında qeydə alınıb. Zaur Məmmədov vəkil mantiyasını geyinərək intihar edib.

“Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində dünyasını dəyişib”

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sözlərinə görə, barəsində intizam işi olmayan Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə problemi olmayıb. Salyan rayon Vəkil Bürosunun müdiri bildirib ki, o, son zamanlar gərgin idi.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv