Bakıda velosiped oğurlayan və narkotik satan şəxslər tutuldu

Nəsimi rayonunda yeni tikilən binaların dəhlizlərindən velosiped oğurlayan şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Qulu Quliyev 41 və Ceyhun Səlimov küçəsi 7 ünvanlarında ümumi dəyəri 1220 manat olan iki ədəd velosiped oğurlayan paytaxt sakini Ayhan İsayev tutulub. O, ifadəsində oğurladığı velosipedləri dəyər-dəyməzinə satdığını deyib.

 

Keçirilən digər bir tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

 

Ondan satış üçün qablaşdırılan ümumi çəkisi 15 qrama yaxın qudurulmuş marixuana götürülüb.

 

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Azər”adlı tanışından 700 manata aldığını bildirib.

 

Rövşən Məmmədovun yaşadığı evdən isə əlavə olaraq 12 kiloqram 550 qram qurudulmuş marixuana aşkar edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv