Bakıda vəzifəli şəxs özünü asıb

Bakıda vəzifəli şəxs intihar edib.

APA TV-nin məlumatına görə, paytaxtın Nərimanov rayonu İcra Hakimiyyətinin şöbə müdiri Əlizadə Elmar Şamil oğlu özünü asıb.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə rəhbərlik edən 44 yaşlı şəxs yaşadığı evdə intihar edib.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv