Bakıda xəzri əsəcək - BAZAR HAVASI
Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, havanın temperaturu gecə 12-16, gündüz 20-23, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə təşkil edəcək.