Bakıda yağış yağacaq, bölgələrdə… - HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Noyabrın 4-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 14-19, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Müəllif | Apa.Tv
Apa.tv