Bakıda yaşayış binasında PARTLAYIŞ: yaralanan var

Bakıda evdə partlayış olub.

 

Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, hadisə Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binada qeydə alınıb.

 

Dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

 

Məlum olub ki, beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus mənzilin hamam otağında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

 

Zərbədən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb.

 

Hadisə nəticəsində 72 yaşlı Şahin Manafov yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv