Bakıda yaşayış binasında yanğın, 5 nəfər xilas edildi
Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş verən yanğının qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, FHN-in “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın qısa vaxtda yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.