Bakıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb. 

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

 

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Simran Əliyev yaşadığı evə qaytarılıb.

 

Onun barəsində cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv