Bakıda yeniyetmələr arasında DAVA - ÖLƏN VAR

İyulun 26-sı saat 18 radələrində Xətai rayonu, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü şəxsin xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Xətai rayon prokurorluğundan APA TV-yə verilən xəbərə görə, aparılan araşdırmalarla, zərərçəkmişin tanışı 2006-cı il təvəllüdlü şəxs aralarında yaranmış mübahisə zamanı yumruqla 2007-ci il təvəllüdlü şəxsin üz və baş nahiyəsinə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Hadisəni törədən şəxs tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv