Bakıda yol qəzası - 1 ÖLÜ, 2 YARALI

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Qobustan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Belə ki, “BMW” markalı avtomobillə “Renault” markalı nəqliyyat vasitəsi toqquşub. “Renault”un sürücüsünün verdiyi məlumata görə, o yolun 2-ci zolağında hərəkətdə olan zaman “BMW” yüksək sürətlə onun avtomobilinin arxa hisssinə çırpılıb. Zərbənin gücündən “BMW” markalı avtomobil aşıb.

Nəticədə “BMW”nin sürücüsü hadisə yerində ölüb. 1986-ci il təvəllüdlü Sadıqov İsmayıl Füzuli oğlu və daha bir  nəfər - Musayev Vasif ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Öləninin şəxsiyyəti müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv