Bakıda yol qəzası baş verib, xəsarət alanlar var

Bakının Nərimanov rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

APA TV xəbər verir ki, hadisə Elit ticarət mərkəzinin qarşısında qeydə alınıb.

 

“Seat” markalı avtomobil işıqforun yaşıl işığından keçərkən 1986-cı il təvəllüdlü Ağaquliyev Fuad Hüseyn oğlu idarə etdiyi mopedlə ona çırpılıb. Qəza nəticəsində mopedin sürücüsü F.Ağaquliyev və sərnişini 1979-cu il təvəllüdlü Həsənova Samirə Qınyaz qızı ağır bədən xəsarətləri alıb.
Nərimanov Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, mopedin sürücüsü işıqforun qırmızı işığından keçib.

Müəllif | Apa.Tv
Apa.tv