"Volkswagen" “Shacman”a çırpıldı - BAKIDA
Bakıda yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, avtoqəza Azadlıq prospekti-Binəqədi şossesində qeydə alınıb.
Yusif Hüseynovun idarə etdiyi "SHACMAN" markalı yük maşını sola doğru dönərkən "Volkswagen" markalı minik maşını ilə toqquşub. Nəticədə bir nəfər - minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.
Hadisənin səbəbləri araşdırılır.