Bakıda yük maşını qarşısına çıxan 3 avtomobili əzdi – APA TV

Bakının Binəqədi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Biləcəri qəsəbəsində qeydə alınıb. İran vətəndaşının idarə etdiyi yük maşını üç avtomobilə dəyib Sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi nəticəsində "Chevrolet", "Kia" və "Opel" markalı minik avtomobillərinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv