Qadın sürücü qəza törətdi – 3 AVTOMOBİL TOQQUŞDU

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Günel Məmmədli idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsini "Toyota" və "Lexus" markalı avtomobillərə çırpıb. "Toyota"nın sürücüsü Raqub Heydərov bildirib ki, avtomobili ilə işıqforun qırmızı işığında dayanıbmış. Bu zaman Günel Məmmədli yüksək sürətlə idarə etdiyi avtomobillə onun avtomobilini, daha sonra "Lexus" markalı avtomobili əzib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Müəllif | Apa.Tv
Apa.tv