Bakıdakı bu bina uça bilər - YOL BAĞLANDI

Paytaxtın Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişmə hissəsindən, Ağa Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.

Bura Ağa Nemətulla küçəsi 32 ünvanıdır, istismara yarasız vəziyyətə düşdüyünə görə, bu gün saat 21:30-dan sökülməyə başlanılacaq. Bu səbəbdən Ağa Nemətulla küçəsində hərəkət dayandırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, yol söküntü işləri tam başa çatanadək bağlı olacaq: “Hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün hərəkət iştirakçılarına, piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”.

 

Söküntü işləri minimum bir, maksimum iki gün ərzində yekunlaşacaq.

 

Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sökülən binanın ərazisində pilot layihə əsasında 2 ədəd 15 mərtəbəli, 2 ədəd 16 mərtəbəli yaşayış binaları tikiləcək.

 

Semral Cavad,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv