13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Bakıdakı dəhşətli qəza ilə bağlı yeni TƏFƏRRÜATLAR

”Hadisə Aerport yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib. Belə ki, “Mercedes” markalı yük avtomobili ilə 171 nömrəli sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, 20 nəfərdən çox yaralı olduğu bildirilir. İlkin məlumatlara görə artıq yük maşının sürücüsü  Əzizov Mahmud polis tərəfindən saxlanılıb”.


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, yük avtomobilinin sürücüsü Qobustan sakini, 19 yaşlı Mahmud Əzizov sükan arxasında yuxulu olub, bu səbəbdən maşın avtobusa çırpılıb. Hadisə vaxtı əraziyə 120 təcili-tibbi yardım briqadası cəlb edilib.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından aldığımız məlumata görə,  yaralılardan 11 nəfər kişi, 10 nəfəri qadındır. Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Yaralıların bir çoxu tibbi yardım maşınları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib: ”Hadisə ilə əlaqədar olaraq xəstəxanaya 17 müraciət olunmuşdur. Onlardan 11 nəfəri “qazbitalizasiya” olunub. 6 nəfər isə ambulator müalicəyə yönəlmişdir. 11 nəfərdən 5 nəfəri reanimasiya, 1 nəfəri cərrahi əməliyyatdadır. Onun vəziyyəti çox ağırdır. Digərləri isə orta ağır və kafidir. Xəstələrdə ən çox kəllə beyin travması və döş qəfəsi travmasıdır”.

Qəza nəticəsində yaxınlıqdakı “Kioks” və piyada keçidinə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

 

Semral Cavad,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın