Bakıdakı qonşular Zaqatalada heroin satarkən tutuldu

Bakıdakı qonşular Zaqatalada heroin satarkən saxlanılıb.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əvvəllər də oğurluğa görə məhkum olunmuş Elnur Səmədov və Bakı şəhər sakini  Ceyhun Əkbərov yaxalanıb. Ceyhun Əkbərovun idarə etdiyi “Kia” markalı avtomobilə baxış keçirilən zaman 212 qramdan artıq heroin və 105 qram metamfetamin aşkar olunaraq götürülüb.

İstintaq zamanı Elnur Səmədovun Bakı şəhərində kirayə yaşadığı evdə qonşusu, taksi fəaliyyəti ilə məşğul olan Ceyhun Əkbərovla birgə sonuncunun idarə etdiyi “Kia” markalı avtomobillə Zaqatalaya gəldiyi və burada narkotik vasitələri satmaq niyyətində olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv