Bakıdakı xarici deputatlara çağırış: Zəngilana getsəniz, çox şeyin şahidi olacaqsınız
Bakıda mayın 22-də Azərbaycan Respublikası Milli Məclisi və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat, qarşılıqlı əlaqə və davamlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfrans işə başlayıb. Tədbiri giriş sözü ilə başlayan ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev bildirib ki, ATƏT-in bütün regionunda daha ədalətli, davamlı və təhlükəsiz inkişafı təmin etmək üçün siyasətimizi təcili olaraq nəzərdən keçirməli və davranışımızı təkmilləşdirməliyik. Onun sözlərinə görə, həm Azərbaycan parlamenti, həm də ATƏT PA-nın ikinci komitəsi İqtisadi bərpa, "yaşıl" iqtisadiyyata keçid və ətraf mühitin mühafizəsi məsələlərini fəal şəkildə dəstəkləyir.
“Mənə məlumat verildi ki, Ermənistan məktubla bu konfransda iştirak edən nümayəndə heyətlərinə müraciət edərək, onlara sabah Zəngilan rayonuna getməməyi tövsiyə edib. Bu Sizin öz seçiminizdir.”
Bunu isə çıxışında Milli Məclisin sədri Sahibə Qafarova deyib. O əlavə edib ki, nümayəndə heyətləri bu səfərə getsələr, çox şeylərin şahidi olacaqlar:
“Bizim bu konfrans çərçivəsində fikir mübadilələrimizin nəticələrini, öyrəndiklərimizi öz ölkələrimizə aparmaq məsuliyyətimiz var. Dünyamız bu gün bir-birinə bağlı çətinliklərlə - enerji böhranı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və s. üzləşir”.
Bu fikri isə çıxışında ATƏT Parlament Assambleyasının prezidenti Marqarita Sederfelt deyib. O, konstruktiv müzakirələrin, təmasların dayanıqlı inkişaf üçün vacib olduğunu xatırladıb.
ID-19 zamanı da ATƏT parlamentarilərinin onlayn formatda müzakirələr apardıqlarını xatırladıb.
Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələrlə davab edib.
Fuad Sadıqov
Həzrət Bayramlı
APA TV