Bakıdan 20 həkim cəbhə bölgəsinə getdi - SƏBƏB
Ağdamda tibbi aksiya keçirilir.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, aksiya İstanbul NS klinikasının təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Yüksək ixtisaslı həkimlər burada müasir avadanlıq vasitələri ilə Mərkəzi məcburi köçkün pasientləri müayinə edib. Rayona ezam olunmuş 20 nəfər mütəxəssis həkimdən ibarət qrup rayon ərazisində məskunlaşan məcburi köçkünlərlə yanaşı, cəbhə xəttinə yaxın yaşayan sakinlərə də xidmət göstərib. Müraciət əsasən terapiya, kardiologiya, nevroloji, urologiya, cərrahiyyə travmatologiya və digər sahələr üzrə edilib.
Onlara xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib.
Xəstəliklər aşkar olunduğu halda pasientlərə yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb ediləcəklər.