Bakıdan düşmənin nəfəsini kəsən addım: Daha bir güllə belə gətirə bilməyəcəklər

Aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi quruldu.

Bu ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqi deməkdir. Azərbaycan növbəti dəfə öz ərazilərində tək söz sahibi olduğunu, rəsmi Bakının bu məsələdə heç kimə güzəştə getməyəcəyini, heç bir gücün qarşısında geri addım atmayacağını sübut etdi. 

Bəzi ölkələrin ikili standartlarından, havadarlarının birtərərfli, heç bir həqiqətə söykənməyən, rellıqdan uzaq açıqlamalarından ilhamlanan rəsmi İrəvanın törətdiyi təxribatlar Azərbaycanın bu məsələdə qətiyyətini daha da kəskinləşdirdi. Əks halda sözügedən istiqamətdəki yoldan süi-istifadə halları davam edəcəkdi. Məhz bu süi-istifadənin nəticəsidir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində separatçıların 10.000 nəfərdən artıq şəxsi heyəti olan ordusu yaradılıb. Üstəlik, az qala hər ay hərbçilərimizin istifadə etdiyi yollarda mina terroru və diversiyalar törədilir.

 

Azərbnaycanın yeni yolu ilyarıama istifadəyə verməsinə baxmayaraq, İrəvan 7 km yolun tikintisini süni şəkildə ləngidir, təxribatlar törədir, təbii sərvətlərmizin talayıb Laçın yolu ilə Ermənistana daşıyırdı. Bakının sərhəd buraxılış məntəqəsinin qurulması ilə bağlı qətiyyətli qərarı isə bütün bunlara son qoyacaq.

Deputat Mahir Abbaszadə də düşünür ki, rəsmi Bakının addımı Azərbaycana qarşı yönələn bir çox məkirli planları yarımçıq qoydu. Onun fikrincə, Laçın yolu humanitar məqsədlər üçün nəzərdə tutulsa da, yoldan Qarabağda gərginlik yaratmaq üçün hərbi təyinatlı daşınmalar həyata keçirilirdi.

Mahir Abbaszadə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını tarixi va strateji əhəmiyyətli qərar kimi səciyyələndirərək qeyd edib ki, bu addım təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha sübut etdi. 

Müəllif | Apa.Tv
Apa.tv