Bakının bayraq örpəyi... – PAYTAXT SAKİNLƏRİNDƏN DƏSTƏK
Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Azərbaycan əsgərinə dəstək məqsədi ilə bu gün ölkəmizin hər yerində üç rəngli bayrağımız dalğalanır.
APA TV xəbər verir ki, bayraq-millətin evidir, varlığıdır, zəfəridir. Məhz bu səbəbdən bayraq millətin qürur, güvənc yeri, xalqın varlığının sübutu hesab olunur.
Azərbaycan əsgəri, sənə inanırıq, güvənirik, səninləyik! Torpağı üçün qanını verən oğulların ruhlarını sevindi!
Allah ordumuza kömək olsun, əsgərlərimizə və bütün xalqımıza qələbə sevinci yaşatsın!
Görkəmli söz ustadı Məmməd Arazın da dediyi kimi:
Bu yolda əyilənə:
“Ölüm haqdı”, - deyirik.
Əbədi məzarımız
bu torpaqdı, deyirik.
Vətən göyü dəyişməz
Göy bayraqdı, deyirik.
Qılınc qap, Vətən oğlu,
Bizi Vətən çağırır!