Bakının bu ərazisində avtobusdan taksi kimi istifadə edirlər

 Bəli, müraciət ediblər, amma faydası olmayıb. Bu səbəbdən insanlar istidə kölgə, yağışda-qarda daldalanacaq yer axtarırlar. Belə yer olmadığından məcbur qalıb yol kənarında dayanan yük maşınlarının arxasında gizlənirlər. Quyu problemi ilə bağlı “Azərsu”ya sorğu göndərdik. Qurumdan bildirildi ki, artıq problem aradan qaldırılıb. Təsdiq kimi isə bu fotoları yolladılar.... Həm dayanacaq, həm də keçidlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Xırdalan dairəsini Binəqədi qəsəbəsilə əlaqələndirən 1-ci Mədən yolu üzərində zəruri olan yerlərdə avtobus dayanacaq məntəqələri müəyyən edilib və buna müvafiq tədbirlər görülüb. Ancaq yenə də göstərilən ünvana baxış keçiriləcək. Təhlillərin nəticəsinə uyğun olaraq, ərazidə hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması üçün tədbirlər görüləcək. O ki qaldı dayanacaqların yerində dayanan yük maşınlarının səırnişin avtobuslarının hərəkətinə yaratdığı maneəyə... Bax belə... Ümid edirik ki, qarlı-şaxtalı qış qapımızı döyməmiş sözügedən ünvandakı silsilə problemlər həllini tapacaq. Avtobuslar taksiyə dönməyəcək, camaat başını yük maşınlarının altına soxmayacaq, sərnişinlər kanalizisiya quyusuna düşməyəcək... SÜNBÜL HÜSEYNOVA HƏZRƏT BAYRAMLI

Müəllif | Apa.Tv
Apa.tv