Bakının bu məktəbindən heç kim tələbə ola bilmədi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatı keçirilib. Təqdimat mərasimində müxtəlif dövlət orqanları və ictimai təşkilatların rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları və təhsil mütəxəssisləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilk olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlərdən, onun təhsil sahəsinə, mütəxəssis hazırlığına xüsusi diqqət və qayğısından danışıb.

 

MƏLEYKƏ ABBASZADƏ DİM-İN DİREKTORLAR ŞURASININ SƏDRİ

“Gələn ildən bizdə 800 iş yeri olan bina inşa olunur ki,daimi olaraq imtahanlar komputerlə keçiriləcək. Bura bütün sınaq imtahanları min-min beş yüz nəfərin iştirak etdiyi imtahanlar da bu qaydada keçiriləcək. Yavaş-yavaş bölgələrdə də belə mərkəzlər mövcud olduqdan sonra orada da komputer imtahanlarına keçə bilərik. Təbii ki, bu imtahanlar hamısı bir gündə baş tutmayaqcaq, müəyyən bir cədvəl əsasında aparılacaq”

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev cəmiyyətin tərəqqisində təhsilin vacib rolundan və bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb.

 

EMİN ƏMRULLAYEV TƏHSİL NAZİRİ

“2021-ci ildə 49.988 olub təxminən bu ilki qəbul planımız 50 mindən artıq olacaq. Daha çox insanın ali təhsil alması çox yaxşı bir şeydir burada keyfiyyət faktorun da mübahisələndiririk. Düşünürəm ki, burda da müsbət istiqamətdə dəyişikliklər var“.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxışında aparılan elmi-statistik təhlillərin əhəmiyyəti, ali təhsil müəssisələrinə qəbul prosesi və təhsilin müasir problemlərindən bəhs edib.

 

Məlumat üçün onu da bildirək ki, “Abituriyent” jurnalının 12-ci sayında keçən il məktəblər üzrə tələbə adını qazanan abituryentlərin də göstəriciləri açıqlanıb.

Məlum olub ki, ötən il Bakının 152 saylı tam orta məktəbinin heç bir şagirdi universitetlərə qəbul olmayıb.

 

 

 

 

Nərmin Murad

Kamran Namazov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv