Bakının mərkəzində ağac naməlum səbəbdən alışıb

Bakıda ağac naməlum səbəbdən yanıb.

 

APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Belə ki, Yusif Səfərov küçəsində, “Baku Palace”ın yağınlığında olan yolka ağaclarından biri anidən alovlanmağa başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Onların səyi nəticəsində alov söndürülüb, ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv