BAKININ SƏBAİL RAYONUNDA YOL-NƏQLİYYAT HADİSƏSİ BAŞ VERİB.

APA TV-NİN  verdiyi xəbərə görə  hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb. 

  

1995-ci il təvəllüdlü Zülfüqarzadə Hikmət Fikrət oğlu 90-PN-343 dövlət nömrə nişanlı avtomobillə  hərəkətdə olarkən  idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb.  Nəticədə H.Zülfüqarzadə ağır xəsarət alaraq avtomobildə sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Sürücü nəqliyyat vasitəsindən çıxarılaraq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. 

Əraziyə polis əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri aparılan istintaq tədbirlərindən sonra bəlli olacaq.

Müəllif | Apa.Tv
Apa.tv