Bakının Səbail rayonunda iki avtomobil toqquşub
Bakının Səbail rayonunda yol qəzası baş verib.
APA Tv-nin məlumatına görə, avtoqəza Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində qeydə alınıb.
"Mitsubishi" markalı avtomobil Nizami küçəsi ilə hərəkətdə olan zaman Murtuza Muxtarov küçəsi ilə gələn "Volkswagen" markalı minik maşınının sürücüsü yol hərəkət nişanının tələbi əsasında ona yol verməyib və qəza törədib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Yol qəzasının təfərrüatları araşdırılır.