Bakının tələbinə əməl olundu, Vardanyan vəzifədən qovuldu

Xankəndidəki qondarma qurumun idarə heyətində dəyişiklik olub.

Ermənistan mətbuatının məlumatına görə, Arayik Arutyunyan Ruben Vardanyanın dövlət naziri vəzifəsindən azad edildiyini açıqlayıb və bildirib ki, onu qondarma qurumun baş prokuroru Qurgen Nersisyan əvəz edəcək.

Məlumatda o da qeyd olunub ki, Qurgen Nersisyan qondarma qurumun hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyi istisna olmaqla, icra hakimiyyətinin bütün sahələrini koordinasiya edəcək.

Xatırladaq ki, “Troika Dialog” investisiya bankının sahibi kimi tanınan Ruben Vardanyan ötən il Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmişdi. Qeyd edək ki, o həm də beynəlxalq araşdırma mərkəzlərinin hesabatlarında Kremlin oliqarx məmurlarının Rusiya büdcəsindən oğurladıqları milyardları ofşor hesablara köçürməsi ilə tanınır.

Müəllif | Apa.Tv
Apa.tv