Bakının Yasamal rayonunda yol qəzası baş verib

Bakının Yasamal rayonunda yol qəzası baş verib. hadisə Şəfayət Mehdiyev küçəsində baş verib. Belə ki, “Opel” markalı avtomobilinin sürücüsü qəfil huşu gedərək sükana nəzarəti itirib.Bundan sonra maşın dayancaqda dayanan “Baku Bus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.Hadisə zamanı yalnız avtomobilin sürücüsü xəsarət alıb.Sərnişin avtobusunda qəza zamanı sərnişin olsada ciddi xəsarət alan olmayıb .Qeyd edək ki, avtomobilin sürücüsü hipertoniyadan əziyyət çəkirmiş.

Müəllif | Apa.Tv
Apa.tv