Bakıya 115 ədəd yeni avtobusun ilk partiyası gətirilib
Dövlət başçısının vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq paytaxta 115 ədəd yeni avtobusun ilk partiyası artıq gətirilib.
Bakı Nəqliyyat Agentliyindən APA TV-yə verilən məlumatına görə, çatdırılma prosesinin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.
Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlikdir. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq.
Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.